11:29
12 Punto 14 Punto 16 Punto 18 Punto

“TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ı hazırlanıb. Sənəd ümumilikdə 3 məqsəd, 4 hədəf, 30 prioriteti özündə ehtiva edir”.

Bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2024-cü ilin yekunlarına və 2025-ci ilin planlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, TƏBİB-in fəaliyyət strategiyasına uyğun olaraq tibbi turizmin ölkədə inkişafı istiqamətində addımlar atılıb:

“Ən böyük uğurlarımızdan biri kimi Möhtərəm Prezidentimiz İlham Əliyevin birbaşa dəstəyi ilə Yeni Klinikanın Almaniyanın Münhen şəhərində yerləşən, 34 mindən çox əməkdaşı olan, 120-yə yaxın tibb müəssisəsində hər il təxminən 2,1 milyon pasiyentə 44 adda təxirəsalınmaz və ixtisaslaşmış tibbi xidmət göstərən “Sana Hospital” brendindən istifadə hüququ əldə etməsini qeyd etməliyəm”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər