11:28
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyanın əhəmiyyətli hissəsində yerləşən Azərbaycan özünün unikallığı ilə seçilir.

Teleqraf.com xəbər verir ki. bunu Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova "Dini maarifləndirmənin aktual məsələləri: ənənə, təcrübə və perspektivlər” mövzusunda keçirilən Azərbaycan Din xadimlərinin Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan respublikasının dünyəvi dövlət modeli bu gün öz inkişafının növbəti mərhələsindədir: "Azərbaycanda ailə modeli milli identikliyin üzərində qurulub. Ailə məsələsi, qadın və kişilər arasında məsələlərin həllinə din xadimləri də cəlb edilir.

Eyni zamanda dünyada radikal dini qrupların fəaliyyəti ailələrin dayaqlarının zəiflədilməsinə hesablanmış təhlükəli addımlar atır. Məhz bu kimi təhlükələrdən xilas olmaq üçün dini maarifləndirmə tədbirləri həyata keçirilir və bu sahədə mühüm işlər görülür. Dini maarifləndirmə müqabilində qadınların təhsili ilə bağlı addımlar atmaq mümkündür. Müasir dövrdə ən təhlükəli meylərdən olan dəyərsizləşdirməyə qarşı nəzəri işlər görülməlidir. Dinimizi inanclarımızı qorumalıyıq. Din xadimləri məsuliyyətli vətəndaş kimi maarifləndirmə prosesinə ciddi şəkildə qoşulmalıdırlar", - deyə Bahar Muradova söyləyib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər