15:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yanvarın 17-də Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 10.00-dan Xızı və Siyəzən rayonları sakinlərinin qəbulu keçiriləcək.

FHN-dən Teleqraf.com-a verilən xəbərə görə, qəbula gələn vətəndaşların qeydiyyatı 16 yanvar 2025-ci il tarixdə Xızı rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09.00-da başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər