3 mart 2015-ci ildə Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində 63 km uzunluğunda baş yolların əsaslı təmirinə start verilir.
Trend “Azərbaycan Dəmir Yolları” QSC-nə istinadan məlumat verir ki, bundan əlavə Sumqayıt baş stansiyasına daxil olmadan Sumqayıt stansiyasına hərəkət etmək üçün 1,65 km uzunluğunda yeni birləşdirici yolun tikintisi nəzərdə tutulur.
Əsaslı təmir işlərini İnfrastruktur Departamentinin köməkliyi ilə “Azərbaycan Dəmir Yolları” QSC “Dəmiryolservis” MMC-nin müəssisələri həyata keçirir.
Əsaslı təmir işləri başa çatdıqdan sonradan elektrik qatarlarının Bakı sərnişin stansiyasından Sumqayıt sərnişin stansiyasına qədər getməsinə 40 dəqiqə vaxt sərf olunacaqdır.