Fransanın Azərbaycandakı səfiri Paskal Mönye Azərbaycanda təhsil sahəsində çalışan dörd nümayəndəsini Akademik Palma (Kavaler dərəcəsi) ordeni ilə təltif edib.
Fransanın Azərbaycandakı səfirliyindən Telleraf.com-a daxil olan məlumata görə, səfir Naxçıvan Dövlət Universitetinin fransız dili kafedrasının Direktoru Əli Allahverdiyev, Azərbaycan Dillər Universitetin dosenti və Təhsil Problemləri İnstitutunun fransız dili üzrə koordinatorum Gülbəniz Camalova Allahverdiyeva, 132-134 nömrəli təhsil kompleksinin direktoru Sara Xanlarova və Kiş kəndinin 1 nömrəli orta məktəbinin fransız dili müəllimi Qüdrət Muradovu mükafatlandırıb.
Paskal Mönye bəyan edib ki, Fransa həmin şəxslərin Azərbaycanda fransız dilinin inkişafı və yayılması üçün göstərdikləri səyləri yüksək qiymətləndirərək belə bir ordenlə təltif edib.
Nərgiz