Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi Umayra Tağıyeva Ümumdünya Meteorologiya Təşkilatının bir çox sahələrdə birinci olmaq üçün bütün maneələri dəf edən nümunəvi elmi əməkdaşlardan ibarət 12 qabaqcıl qadın siyahısına daxil edilib.
Bu haqda Coğrafiya İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a məlumat verilib.
Qeyd edək ki, Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru olub, bu ilin yanvarında öz ərizəsi ilə vəzifəsindən istefa verib.
NİGAR