16 Mart 2015 10:59
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci il mart ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən fevral ayında əlavə olaraq 25 368 sığortaolunana fərdi şəxsi hesab açılıb.

DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumat görə, cari ilin əvvəli ilə müqayisədə fondun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 1,43 faiz artıb. Beləliklə də, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 019 103 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1 faizi (1 783 370 nəfər) kişi, 40,9 faizi (1 235 733 nəfər) isə qadındır.

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,5 faizini (741 096 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 22,2 faizini (671 975 nəfər) 30 yaşa kimi olan şəxslər, 21 faizini (634 695 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2 faizini (634 772 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,1 faizini (336 565 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

Fərdi uçot- Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər