28 mart – 11 aprel 2015-ci il tarixində Bakı şəhərinin sakinləri Səyyar ASAN xidmətdən Qaradağ rayonunun Sahil qəsəbəsində yararlanırlar. Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Dövlət Agentliyinin informasiya təminatı şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir.
SEVİL