5 Aprel 2015 21:48
1 173
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda mobil rabitə operatorlarının ("Bakcell", "Azercell" və "Azerfon") göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılmasına başlanılıb.

Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən deyiblər.

Monitorinq mayın sonunadək davam edəcək və Bakının mərkəzi rayonlarını və ətraf ərazilərini əhatə edəcək.

Monitorinq zamanı hər üç mobil operatorun göstərdiyi səs və məlumat ötürmə xidmətlərinin keyfiyyəti yoxlanılacaq.

Operatorların göstərdiyi xidmətlərin keyfiyyətinin yoxlanılması üçün ABŞ şirkəti cəlb edilib.


Müəllif:

Oxşar xəbərlər