5 Aprel 2015 22:27
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədi ilə komissiyaların yaradılması haqqında qərar verib.

APA-nın məlumatına görə, qərarda qeyd edilir ki, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və başqa məsələlərin həlli üçün Ədliyyə Nazirliyinin (komissiyanın sədri), Maliyyə Nazirliyinin, Əmlak Məsələləri Dövlət Komitəsinin yerli nümayəndələri, müvafiq yerli icra hakimiyyəti orqanının və bələdiyyənin (o cümlədən, birləşən və ləğv edilən bələdiyyələrin) hər birindən bir nümayəndə daxil edilməklə, “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 977-IVQ nömrəli qanununa əsasən müvafiq komissiyalar yaradılsın.

Komissiyaların fərdi tərkibinin təsdiq edilməsi üçün Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və rayon icra hakimiyyəti orqanları, habelə birləşən bələdiyyələr 5 gün müddətində öz nümayəndələri barədə təkliflərini Ədliyyə Nazirliyinə təqdim etməlidirlər.


Müəllif: