7 Aprel 2015 12:19
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayında Bakıda keçiriləcək I Yay Avropa Oyunları üçün “Bakı Metropoliteni” QSC-yə könüllülər tələb olunur.

Teleqraf.com-un məlumatına görə, könüllülərin işi metronun loqotipi olan xüsusi geyimdə metro stansiyalarında insanlara bələdçilik etməkdən ibarət olacaq.

Könüllünün ingilis dilində sərbəst danışmaq bacarığı, həmçinin Azərbaycanın tarixi haqqında məlumatlı olması tələb edilir.

Digər xarici dilləri bilmək də təqdirəlayiqdir. İş rejimi iyunun 12-dən 28-dək olmaqla, hər gün 6-7 saat təşkil edir. Könüllü olmaq istəyənlər anketini aprelin 27-dək [email protected] elektron ünvanına göndərə bilər.

Könüllü olmaq istəyənlər anketi (https://www.dropbox.com/s/njmng0px…/anketa_volonter_az.docx…) doldurub, aprelin 27-nə kimi, volunteer@metro.gov.az ünvanına göndərə bilərlər.

Naibə QURBANOVA


Müəllif: