8 Aprel 2015 00:40
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti kadr ehtiyat bazasının gücləndirilməsi məqsədilə Şirvan, Hacıqabul, Kürdəmir, Ucar və Sabirabad sukanal idarələri üçün müxtəlif vəzifə və peşələr üzrə müraciətlərin qəbulunu elan edir.

Kadr ehtiyat bazasına avtomatika və metrologiya üzrə mühəndis, mexanik, energetik, hidrotexnik, kimyaçı-bioloq, təmizləyici qurğuların operatoru, təmirçi çilingər, nasos qurğularının maşinisti, xlorator qurğusunun operatoru daxil ediləcək.

Maraqlananlar şəxsi məlumatlarını (CV) müvafiq vəzifənin və ya peşənin adı göstərilməklə 15 aprel 2015-ci il tarixədək [email protected] ünvanına göndərə bilərlər.

NİGAR


Müəllif:

Oxşar xəbərlər