11 Aprel 2015 07:54
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda “Mercedes” markalı minik avtomobili ndə yanğın baş verib.

Teleqraf.com-un FHN-nin saytına istinadən verdiyi məlumata görə, yanğın hadisəsi paytaxtın Nəsimi rayonunda baş verib.

Vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərriki və idarəetmə lövhəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: