17 Aprel 2014 12:21
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda həbsdə olan sabiq millət vəkili Gülər Əhmədovanın məhkəmə prosesi bu gün davam etdirilib.

Teleqraf.com-un xəbərinə görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Gülər Əhmədova vəsatətlə çıxış edib.

O deyib ki, neçə vaxtdır Elşad Abdullayevin Azərbaycana gətirilməsi məsələsi müzakirə edilir: "Mən bu müddət ərzində Elşad Abdullayevin çıxışları, müsahibələri ətrafında müşahidələr aparmışam. Bir psixoloq alim kimi müəyyən etmişəm ki, Elşad Abdullayevdə depressiv-manyakal sindirom xəstəliyi var.

O, Mahir Abdullayevin öldürülməsi, Eldəniz Abdullayevin zəhərlənməsi, Sevinc Babayevanın öldürülməsi ətrafında məlumat yayır. Belə xəstələr əmək fəaliyyəti ilə məşğul olub öz xəstəliklərini biruzə vermirlər. Elşad Abdullayevin barəsində psixiatrik ekspertizanın keçirilməsi məsələsi qoyulmalıdır. Çünki onun psixi problemləri var. Tarixə nəzər salsaq, bu xəstəliyə məruz qalanlar arasında böyük qüllələri yandıranlar, diktatorlar da var. Elşad Abdullayevin özünün ekspertizadan keçirilməsi mümkün olmadığı halda onun yazılarını, müsahibələrini ekspertizaya təqdim etməklə ekspertiza təyin etmək olar. O, özünü ədalət carçısı hesab edir. Onun prezidentə göndərdiyi yalvarış dolu müraciətlərindən sonra Azərbaycan hakimiyyətini Haaqa məhkəməsinə verməsi psixi problemin nəticəsi kimi qiymətləndirilməlidir”.

Vəkilləri Gülər Əhmədovanın vəsatətini müdafiə ediblər. Prokuror Elşad Abdullayevin barəsində psixiatrik ekspertizanın keçirilməsi barədə vəsatətin təmin olunmamasını istəyib. Prokuror həmçinin Gülər Əhmədovanın apelyasiya şikayəti üzrə məhkəmə baxışının təyin edilməsini, apelyasiya şikayətinin məhkəmə istintaqı aparılmadan keçirilməsini təklif edib.

Hakimlər qərar qəbul ediblər. Ali Məhkəmənin 1 aprel tarixli məhkəmə istintaqının qismən aparılması ilə bağlı qərarı nəzərə alınıb. Apelyasiya şikayətində G.Əhmədovanın yenidən ifadə verməsi, əlavə şahidlərin dindirilməsi qərara alınıb. G.Əhmədovanın və onun vəillərinin digər vəsatətləri təmin olunmayıb.

Məhkəmə baxışı aprelin 22-nə təyin olunub.

Hacı


Müəllif:

Oxşar xəbərlər