Azərbaycanda 20-25 aprel tarixlərini əhatə edən İmmunlaşdırma Həftəsi keçirilir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakı nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, 2007-ci ildən başlayaraq ÜST Avropa Regional Bürosunun İmmunlaşdırma Həftəsi keçirmək təşəbbüsündə iştirak edir. Avropa İmmunlaşdırma Həftəsi (AİH) təşəbbüsünün məqsədi, immunlaşdırmanın vacibliyi barədə əhalinin daha yaxşı məlumatlandırılması yolu ilə peyvəndlə əhatə olunma səviyyəsini yüksəltməkdir.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycanda 2015-ci ildə keçirilən tədbirlər aşağıdakılardır:
Qızılca və məxmərək peyvəndini almamış əksər yaşli əhalinin bu xəstəliklərə garşı immunlaşdırılması- QM (qızılca və məxmərək əleyhinə) peyvənd rayonlarda, Rayon Mərkəzi Xəstaxanasının poliklinika şöbəsinə, şəhərlərdə isə böyüklər üçün poliklinikalara paylanılıb və peyvənd olunmaq üçün məhz bü müəssisələrə müraciət etmək lazımdır.
Poliomielitə qarşı İnaktivləşdirilmiş peyvəndinin (IPV) tətbiqinə hazırlıq işləri- Bakı, Gəncə və Şəki şəhərlərində konfransların keçirilməsi, tibbi işçilər üçün təlimatın hazırlanması və təlimlərin aparılması.
İmmunlaşdırma həftəsi ərzində planlı immunlaşdırmadan hər hansı bir səbəbdən kənarda qalan uşaqların milli peyvənd təqviminə uyğun peyvəndlərlə əhatə olunmasını hər bir ərazi tibb müəssisə tərəfindən təmin ediləcəkdir.
20-25 aprel 2015-ci il tarixlərində Avropa İmmunlaşdırma Həftəsinin 10 illik yubileyi qeyd olunacaq. Bu il AİH siyasi, peşə və şəxsi səviyyələrdə immunlaşdırma üzrə öhdəliklərin yeniləşməsi və daha da güclənməsinə yönəlmişdir. Regionda bu il AİH çərçivəsində dəyirmi masa müzakirələri, seminarlar, konfranslar və təlimlər nəzərdə tutulub. İmmunlaşdırma proqramı üzrə maraqlı tərəflər bir araya gələrək bir sıra mövzular, o cümlədən, qızılca və məxmərək xəstəliklərinin ləğvi, poliomielitdən azad ərazi statusunun saxlanılması, yeni peyvəndlərin tətbiqi, peyvəndlərin təhlükəsizliyi və invaziv bakterial xəstəliklər özərində nəzarət haqqında müzakirələr aparacaq.
Ümumdünya Səhiyyə Təşkilatının digər regionları da İmmunlaşdırma Həftələri təşəbbüsünü müvəffəqiyyətlə keçirirlər. Dünya İmmunlaşdırma Həftəsi (DİH) icmaların immunlaşdırmaya aid məlumat və təlabatının artmasına, eləcə də peyvəndin əhaliyə çatdırılması xidmətlərinin yaxşılaşdırmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi üçün qlobal, regional və milli səylərin gücləndirilməsinə siqnal olacaq. Bu ilki kampaniya immunlaşdırmada olan boşluqların aradan qaldırılması və peyvəndlərın əhatə səviyəsinin hər yerdə yüksək olmasına diqqəti yönəldir, bu da Qlobal Peyvənd Fəaliyyət Planında əks olunan bütün icmalarda insanların peyvənd almaq imkanını tam təmin etmək yolu ilə 2020-ci ilə qədər milyonlarla ölüm hallarının qarşısını alınması deməkdir.
Naibə QURBANOVA