Sabahdan ölkə ərazisində hava şəraiti mülayimləşəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında aprelin 25-də arabir yağış yağacaq, gündüz yağışın tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 5-8, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 25-də arabir yağış yağacaq. Dağlıq ərazilərdə sulu qar, qar yağacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə duman olacaq.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyə kimi isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Qeyd edək ki, sinoptiklər dünən aprelin 23-dən 25-dək ölkə ərazisində qeyri-sabti hava şəraitinin keçəcəyi barədə xəbərdarlıq etmişdilər.