24 Aprel 2015 17:54
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu saat 16 radələrində azadlığa buraxılıb və Qaraçuxur qəsəbəsindəki evinə gətirilib.

Evinin qarşısında T.Yaqublunu əzizləri və dostları qarşılyıb. Qarşılama zaman duyğusal anlar yaşanıb, onu qarşılayanlar övlad itkisinə məruz qalmış Tofiq Yaqublunu ovundurmağa çalışıblar.

Qeyd edək ki, qızı Nərgiz Yaqublunun vəfatı ilə əlaqədar Tofiq Yaqublu 7 günlüyə azadlığa buraxılıb.

Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.

Musavat.com


Müəllif:

Oxşar xəbərlər