26 Aprel 2015 00:47
672
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada 2 yaşlı uşaq qaynar sudan yanıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Danaçı kənd sakini, 2013-cü il təvəllüdlü Aysu Şərif qızı Qudyakova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 2 yaşlı Aysu Qudyakovanın üzərinə ehtiyatsızlıqdan qaynar su dağılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Aysuya döşün, kürəyin və aşağı ətrafların 3-cü dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.


Müəllif:

Oxşar xəbərlər