Tunis Respublikasının paytaxtı Tunis şəhərində Beynəlxalq Mülki Müdafiə Təşkilatı İcraiyyə Şurasının 48-ci sessiyası keçirilib.
22 ölkənin nümayəndələrinin təmsil olunduğu sessiyada Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunları Qərargahının rəisi, komandanın müavini polkovnik Aslan Hüseynov da iştirak edib.
Sessiyanin gündəliyinə üzv dövlətlərin mülki müdafiə tədbirlərinə hazırlıq səviyyəsi, fövqəladə hallarda insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi, bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi və istifadəsi məsələləri daxil edilib.
Sessiyada təşkilati məsələlərə baxılmış, İcraiyə Şurasının yeni sədri və müavini seçilib.
Sonra növbəti illərdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının əhalinin fövqəladə hallara hazırlanması, onların bilik və bacarıqlarının artırılması, üzv ölkələrdə yeni informasiya texnologiyalarının tətbiqi ilə insanların maarifləndirilməsinin daha da genişləndirilməsi məsələləri müzakirə edilmiş, bununla bağlı müvafiq tövsiyələr verilib.
İLHAMƏ