4 May 2015 13:32
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

V ixtisas qrupuna qəbul başlayır

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başlanır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, ərizələrinin qəbulu mayın 5-dən 18-dək aparılır.

Ali təhsil müəssisələrinə (V ixtisas qrupu üzrə) və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müraciət edən abituriyentlər TQDK-nın müvafiq internet səhifəsinə (eservices.tqdk.gov.az/erizebak/qrup5_oi) daxil olub, şəxsiyyəti təsdiq edən sənəddən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə "Abituriyentin elektron ərizəsi" formasını doldururlar.

Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.

Məleykə Abbaszadə bildirib ki, Azərbaycanda bu il ilk dəfə olaraq, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər iki ixtisas qrupu üzrə müsabiqədə iştirak edə biləcəklər.

Komissiya sədri qeyd edib ki, bu il həm cari ilin, həm də əvvəlki illərin məzunları artıq I-IV qruplardan biri üzrə artıq sənəd verməsinə baxmayaraq, onların həm də V qrup üzrə də ərizə vermək hüquqları var: "Bu ilin məzunları və əvvəlki illərin məzunları 4 qrupdan birinə artıq ərizə veribsə, onların V qrupa da ərizə vermək hüququ var. Amma təbii ki, bu, məcburi deyil".

Onun sözlərinə görə, cari ilin məzunları V ixtisas qrupu üzrə müsabiqəyə buraxılış imtahanları və qabiliyyət imtahanlarının nəticələri əsasında buraxılacaqlar. Əvvəlki ilin məzunları isə müsabiqəyə buraxılmaları üçün iyulun 2-də 3 fəndən- Azərbaycan dili, riyaziyyat və xarici dildən imtahan verəcəklər.

Onlar özləri hansı qrup üzrə müsabiqədə iştirak edəcəklərinə özləri qərar verəcəklər. İxtisas seçmə vaxtı onlar elektron ərizələrində ixtisaslarını qeyd edəcəklər. Biz abituriyentlərin imkanlarını genişləndirmişik.

M.Abbaszadə iki qrup üzrə müsabiqədə iştirak etmək hüququ olan abituriyenlərin də elektron ərizələrində digər abituriyentlər kimi eyni sayda ixtisas adı qeyd edə biləcəklərini söyləyib.

O bildirib ki, orta ixtisas məktəblərinə 11 illik təhsil bazasından qəbul olmaq istəyən cari ilin məzunları buraxılış imtahanlarının nəticələri əsasında bu müsabiqədə iştirak edə bilsələr də, əvvəlki illərin məzunları olan abituriyentlər isə bunun üçün adı sadalanan 3 fəndən imtahan verməlidirlər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər