5 May 2015 22:55
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda (ADHTİ) Azərbaycan Uroloqlarının 1-ci Beynəlxalq Konqresi keçirilib.

“Uroloji xəstəliklərin müalicəsində müasir texnologiyaların tətbiqi” mövzusunda keçirilən konqresdə ADHTİ-nun rektoru Nazim Qasımov, Azərbaycan Uroloqlar Assosiasiyasının prezidenti Samir Cavadzadə, eyni zamanda, Almaniya, Türkiyə, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan və Belarusdan dəvət olunan professorlar iştirak ediblər.

Tədbirdə çıxış edən Nazim Qasımov bütün sahələrdə olduğu kimi səhiyyə də son illər dinamik inkişafda olduğunu deyib.

Onun sözlərinə görə, Azərbaycanda cərrahiyyənin bölmələrindən biri olan urologiyanın inkişafı uzun illər İnstitutunun rektoru olan Mirməmməd Cavadzadənin adı ilə bağlıdır. Onun bilavasitə təşəbbüsü və rəhbərliyi ilə 1966-cı ildə keçmiş Sovetlər Birliyində ilk dəfə olaraq Bakı şəhərində ixtisaslaşdırılmış uroloji müalicə müəssisəsi-Respublika Klinik Uroloji xəstəxana yaradılıb, burada urologiya və operativ nefrologiyanın bütün bölmələri, o cümlədən hemodializ, uşaq, rentgen-radioloji, anestezioloji və reanimasiya şöbələri, tibbi-genetik məsləhətxana təşkil olub.

Tədbirdə almaniyalı mütəxəssis Yens Rassvayler “Sidikdaşı xəstəliyinin intervension müalicəsinin nailiyyətləri” mövzusunda çıxış edib. Daha sonra prof.A.Martovun (Rusiya) “Endourologiyada innovasiyalar”, prof. V.Fiqarov və prof.S.Cavad-zadənin (Azərbaycan) “Sidik axarı daşlarının endoskopik müalicəsi”, prof.K.Sarıca “Sidik daşı xəstəliyinin müalicəsində tutukonun effektivliyi. Yeni pre-klinik tədqiqatların nəticələri”, prof.F.Asfandiyarov (Rusiya) “Uretra strikturalarının müalicəsində stent qoyma əməliyyatının tətbiqi”, prof.Q.Karazanaşvıli (Gürcüstan), “Prostat vəzin oliqometastatik xərçənginin cərrahi müalicəsi”, prof.İ.Masanski (Belarus) “Sidik kisəsi xərçənginin müalicəsində yeni monoblok TUR tətbiqi: cərrahiyyə texnikasının xüsusiyyətləri və nəticələr”, prof.E.Çeban (Moldova) “Sidik daşı xəstəliyinin metafilaktikası”, M.Hüseynov(Azərbaycan) “Uretranın hipospadiyasında apardığımız rekonstruktiv əməliyyatlar” mövzularında məruzələri dinlənilib. Məruzələr iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, mövzu ətrafında diskusiyalar aparılıb, çoxsayli suallar cavablandırılıb.

Nəzərdə tutulduğu mayın 5-də A.Martovun “Böyrək daşının retroqrad intrarenal cərrahiyyəsi” və “Sidik kisəsi şişinin SPİESvizuallaşması ilə En-bloc rezeksiyası” və E.Qallyamovun apardığı (Rusiya) “Radikal laparoskopik nefrektomiya” əməliyyatlar canlı olaraq konfrans salonuna ötürülərək izlənilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər