8 May 2015 16:05
581

AAAF Park Yaşayış Kompleksində Ümummilli lider və dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan bayram konserti təşkil olunacaq. Konsert may ayının 9-u saat 16:00-da başlayacaq və 19:00-a qədər davam edəcəkdir.

Bayram tədbirində tanınmış incəsənət xadimlərinin ifaları ilə birlikdə müxtəlif rəqs qruplarının çıxışları olacaq. Məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səslənəcəkdir.

Konsert proqramı may ayının 10-da “İnterAz” televiziyasının axşam buraxılışında izləyicilərə təqdim olunacaqdır.

Hamını bayram proqramına baxmağa dəvət edirik!


Müəllif: