Azərbaycanda internet xidmətləri tədarükçüləri üçün dövlət rabitə operatorlarının infrastrukturu üzrə icarə tarifləri artırılmayacaq. Bunu Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.
Onun sözlərinə görə, bununla yanaşı, icarə haqqı məbləğinin azaldılması da gündəmdə deyil.
Mənbə qeyd edib ki, məsələ mütəmadi olaraq provayderlər tərəfindən icarə haqqının artırılacağı qorxusuna görə gündəmə gətirilir: "Lakin tariflər artırılmayacaq. Mövcud icarə haqqı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin müəyyənləşdirdiyi qiymətlər əsasında alınır".
Söhbət optik rabitə xətlərinin çəkilməsi, genişzolaqlı portların icarəsi, kabel-kanalizasiya qurğularının istifadəsi və s. üzrə tariflərdən gedir.