22 May 2014 17:49
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyindən “Son zəng” tədbirinin təşkili ilə bağlı açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, bu il ümumtəhsil məktəblərində “Son zəng” tədbiri Təhsil Nazirliyinin əvvəlki illərdə müəyyən etdiyi qaydada təşkil olunacaq:


"Yerli təhsil orqanlarına, ümumtəhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunub ki, “Son zəng” tədbiri bilavasitə müəssisədə keçirilsin, tədbirə ictimaiyyətin nümayəndələri dəvət olunsun, təhlükəsizliklə bağlı lazımi işlər görülsün.“Son zəng” tədbirinin tələb edilən səviyyədə təşkili üçün bilavasitə ümumtəhsil məktəblərinin rəhbərləri cavabdehdirlər".


Müəllif: