28 May 2015 12:47
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) tərəfindən cari ilin sentyabr ayından dövlət qurumlarının mülkiyyətində olan informasiya ehtiyatlarının və sistemlərinin növbəti monitorinqi aparılacaq.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, monitorinq informasiya ehtiyatlarının və sistemlərinin qanunvericiliklə müəyyən edilmiş şəkildə yaradılmasına, mühafizə olunmasına və digər dövlət qurumlarına “bir pəncərə” prinsipi əsasında ötürülməsinə nəzarət məqsədi daşıyır. Eyni zamanda, müəyyən olunmuş texniki-proqram çatışmazlıqlarının aradan qaldırması üçün təkliflər hazırlanacaq.

Monitorinqlə əlaqədar MHM tərəfindən dövlət qurumlarının mülkiyyətində olan informasiya sistemlərinin təşkilini və səmərəliliyini qiymətləndirmək üçün sorğu tərtib olunub. Sorğu əsasən aidiyyəti qurumların elektron idarəçilik, informasiya sistemləri, elektron xidmətlər, istifadəçilərlə əks əlaqənin yaradılması, informasiya mübadiləsi və digər istiqamətləri əhatə edir.


Müəllif:

Oxşar xəbərlər