11 İyun 2015 12:15
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Orta məktəb şagirdlərinin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maarifləndirilməsi” layihəsi çərçivəsində elan edilən inşa müsabiqəsi ilə bağlı Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində tədbir keçirib.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə Yuxarı Qarxun kənd orta məktəbinin müəllim və şagirdləri iştirak edib.

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin sədri Ramiz Cürənov müsabiqəyə təqdim edilən inşalar barədə danışıb, müsabiqənin şagirdlərin GMO məhsulların insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə maariflənməsində mühüm rol oynadığını bildirib. Daha sonra pilot olaraq seçilmiş Yevlax rayon Yuxarı Qarxun kənd orta məktəbində şagirdlər arasında elan edilmiş inşa müsabiqəsinin qalibləri elan edilib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər