Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov iyunun 19-da saat 11-də Yevlax rayonunda vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, qəbulda Yevlax, Bərdə, Tərtər, Ağdam, Xocalı rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə əhalini maraqlandıran məsələlərlə bağlı müraciətlər dinləniləcək.
Vətəndaşlar "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən sakinlər zərurət olduğu halda, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyatla təmin olunacaqlar. Bunun üçün Yevlax rayonunda 336-71-00, Bərdə rayonunda 205-15-15, Tərtər rayonunda 236-15-54, Ağdam rayonunda 325-05-78 nömrəli telefonlara zəng etmək lazımdır.