Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov iyulun 3-də Şamaxı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşlar üçün qəbul keçirəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Şamaxı, Ağsu, Qobustan, Kürdəmir və Göyçay rayonları sakinlərinin müraciətləri dinləniləcək, lazımi tədbirlər görüləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün [email protected] və [email protected] elektron poçt ünvanları, ETSN-in 168 saylı “Qaynar xətt”i, həmçinin Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəssisəsi (telefonlar: 051-843-
47-90, 050-525-50-15, 020-26-5-15-92) ilə əlaqə saxlamaları xahiş olunur.