Bu gün fransalı yazıçı, Şərq mədəniyyətilə yaxından maraqlanan və bu istiqamətdə bir sıra nəşrlərin, o cümlədən “Şərqə Səyahət - Mərkəzi Asiya yollarında tənha” kitabının müəllifi Alise Plane Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) qonaq olub.
ADNA Mətbuat xidmətindən Teleqraf.com-a verilən xəbərə görə, qonaq Azərbaycan- Fransa Dostluq Cəmiyyətinin vitse- prezidenti Reyhan Hüseynova və digər nümayəndələrin müşaiyyətilə qarşılanıb.
ADNA-nın rektoru vəzifəsini müvəqqəti icra edən professor Vaqif Qurbanov qonağa Azərbaycan Dövlət Neft Akademiyası, onun tarixi və ənənələri haqqında məlumat verib. Daha sonra yazıçı xanım ADNA-nın neft-qaz sənayesində rolu və əhəmiyyəti barədə daha ətraflı məlumat almaq üçün bir sıra kafedralara baş çəkib və alimlərimlə həmsöhbət, ADNA-nın Tarix Muzeyinə ekskursiya edib.
Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin vitse-prezidenti Reyhan Hüseynova bildirib ki, Azərbaycan Haqqında kitabın hazırlanması layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan fransalı yazıçını müşayiət edən 10 nəfərlik heyətin hər birinə müxtəlif sahələr üzrə məlumat toplamaları, ümumilikdə Azərbaycan və onun mədəniyyəti haqqında bir kitab ərsəyə gətirmələri nəzərdə tutulur.
ADNA-da səfərdə olan Alise Plane isə məhz Azərbaycanın neft-qaz sənayesi üzrə cərəyan edən tarixi və müasir prosesləri qələmə alacaq.
Qeyd edək ki, Alise Plane ali təhsilini Rusiyada alıb və siyasi elmlər üzrə dərəcəsi var.
SEVİL