30 İyun 2015 13:22
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkənin mobil rabitə operatorları tərəfindən təqdim edilən mobil nömrələrin daşınması (MND) xidmətində xətalar aşkar edib. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

Nazirliyin məlumatına əsasən, söhbət süni yolla yaradılan problemlərdən və MND xidməti zamanı mobil operatorların səlahiyyətlərindən sui-istifadə etməsindən gedir.

Nazirlikdən deyilir ki, buna səbəb isə bir operatorun abunəçisinin digər operatorun şəbəkəsinə keçməsinə imkan vermək istəyinin olmaması ilə bağlıdır.

Bununla əlaqədar, nazirlik tərəfindən sistemin işlədiyi dövrdə rast gəlinən problemləri aradan qaldırmaq və mobil operatorların əngəl yaratmalarının, istifadəçilərin sistemdən həddən artıq sui-istifadə etmə hallarının qarşısını almaq üçün qaydalara dəyişikliklər edilməsi ilə bağlı prosedurları son dərəcədə asanlaşdıran təkliflər hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Yeni qaydaların çox yaxın zamanda tətbiq ediləcəyi gözlənilir.

Digər yenilik isə abunəçinin operatora borcunu ödəmədən MND xidmətindən istifadə edə bilməsi olacaq. Operatora borc cari borc hesab edilir və nömrənin daşınmasından sonra hesabat aparılır.


Müəllif:

Oxşar xəbərlər