2 İyul 2015 21:07
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin 2014-cü il üzrə konsolidasiya edilmiş maliyyə hesabatları dünyanın nüfuzlu auditor şirkətlərindən hesab edilən və “Böyük dördlüyün” üzvü olan “Ernst & Young” şirkəti tərəfindən audit aparılıb. Maliyyə hesabatlarının bütün əhəmiyyətli aspektlər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğunluğu barədə rəy alınıb.

ASC-nin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, maliyyə hesabatları müstəqil auditorun rəyi ilə birlikdə aidiyyatı dövlət orqanlarına və maliyyə institutlarına təqdim edilib. Qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, sənədlərdə təqdim olunan informasiyadan sərbəst istifadəni təmin etmək məqsədilə "Azərsu" ASC-nin 2014-cü il üzrə konsolidasiya olunmuş maliyyə hesabatları Səhmdar Cəmiyyətin internet səhifəsində dərc olunub.

Qeyd edək ki, maliyyə hesabatlarında beynəlxalq standartların tələblərinə uyğun olaraq Səhmdar Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətini dürüst, etibarlı şəkildə əks etdirən informasiya, o cümlədən aktivlərin və öhdəliklərin ədalətli dəyəri, artan yekunla gəlirlər, xərclər və maliyyə nəticələri, pul vəsaitlərinin axını (hərəkəti), kapitalda hesabat dövrü ərzində baş vermiş dəyişikliklər öz əksini tapıb.


Müəllif:

Oxşar xəbərlər