ABŞ öz müttəfiqləri ilə Baltikyanı ölkələrdə daha genişmiqyaslı təlimlər keçirəcək.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ ordusunun qərargah rəisi general Reymond Odiero Litvaya səfəri zamanı məlumat verib.
Generalın sözlərinə görə, Rusiyanın regionda hərbi fəallığını artırması NATO və tərəfdaşlarının qarşısında öhdəlikləri artırır.
Qeyd edək ki, iyundan bəri NATO və tərəfdaşlarına məxsus 14 min əsgər Bolqarıstan, Polşa, Rumıniya və Baltikyanı ölkələrdə iri silsilə təlimlər keçirib.
Samir