Bu gün müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belarusun Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Sergey Qurulyovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, tərəflər Azərbaycanla Belarus arasında hərbi, hərbi-texniki sahədə mövcud əlaqələri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
BƏXTİYAR