28 İyul 2015 16:28
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı iyulun 28-də Yardımlı şəhərində Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbuldan əvvəl DQİDK sədri və Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

İyirmidən artıq vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı,dini icmalara maliyyə yardımının ayrılması, dini maarifləndirmə işinin təşkili, yas mərasimlərinin keçirilməsi qaydaları, məscidlərin təmiri və digər məsələlərlə bağlı olub.

M.Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.

BƏXTİYAR


Müəllif: