Bakı şəhəri, Sabunçu rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 45 kv.m olan 1 otaqlı mənzildə 5 kv.m sahədə ev əşyaları yanıb.
Mənzilin qalan hissəi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.