13 Avqust 2015 15:36
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən həyata keçirilən dövlət nəzarəti tədbirləri zamanı iş yerlərində əmək haqları və digər sosial xarakterli ödənişlərin işçilərə qanunvericiliyin tələblərinə uyğun şəkildə vaxtlı-vaxtında ödənilməsinə də xüsusi diqqət yetirilir.

Teleqraf.com-un məlumatına görə, DƏMX-in həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində cari ilin iyul ayında işəgötürənlər tərəfindən ümumilikdə 14693 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Həmin vəsaitin 88,8 faizi (13053 manat) əmək haqlarından, qalanı zərərə görə ödənc, sosial müavinət və kompensasiyalardan ibarət olub.

Ümumilikdə cari ilin yanvar-iyul aylarında Xidmətin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin etdiyi gecikdirilmiş sosial xarakterli ödənişlərin məbləği 504095 manat təşkil edib. Aparılan təhlillər zamanı sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirilməsi hallarına əsasən sahibkarlıq subyektlərində yol verildiyi müəyyən olunub.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər