Azərbaycanın ən uzunömürlü vətəndaşı dünyasını dəyişib.
Bu barədə Publika.az-a Zərdab rayon sakinləri xəbər veriblər. Əldə etdiyimiz məlumata görə, Məlikli kənd sakini 1888-ci il təvəllüdlü Süfü Mikayıl qızı Bayramova yaşadığı kənddə 127 yaşında vəfat edib.
Qeyd edək ki, üç əsrin şahidi olan Süfü Bayramova Azərbaycanın ən yaşlı seçicisi kimi qeydiyyata alınmışdı.