Hacıqabulda vətəndaşa məxsus mağaza yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Hacıqabul şəhərində vətəndaşa məxsus ümumi sahəsi 440 kv.m olan mebel mağazasının yanar konstruksiyaları 210 kv.m sahədə və içərisində olan mebellər qismən yanıb.
Mağazanın qalan hissəsi, mağazaya bitişik ev və digər mağazalar yanğından mühafizə olunub.
Yanğın saat 07:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.