26 Avqust 2015 16:00
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi İctimai Birliyi Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İnsan alveri qurbanı olmaqdan cəmiyyətimizi qoruyaq” adlı layihə həyata keçirir.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, bu məqsədlə Bakı, Sumqayıt, Quba və Qusarda maarifləndirici tədbirlər keçirilib.

Layihənin əsas məqsədi insan alverinin azaldılmasına qismən nail olmaqdır. İnsanların zərərli adətlərdən və cinsi istismara məruz qalmaqdan özlərini qorumalarına daim hazır olmaları üçün maarifləndirməkdən ibarətdir.

Bakıda bu gün keçirilən tədbirdə çıxış edən layihənin rəhbəri Mehriban Abdullayeva gənclərin mənfi təsirlərdən qorunmasından danışıb. O, sosial şəbəkələrdən düzgün yararlanmamağın, valideyn məsuliyyətsizliyinin və məktəblərdə bəzi müəllimlərin öz vəzifələrinə diqqətsiz yanaşmalarının qarşısının alınması məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirilməsinin vacib olduğunu deyib: “Müasir dövrümüzdə respublikamızda elmin, təhsilin inkişafına geniş imkanlar yaradılıb. Bu imkanlardan yararlanmaq, dövlətimizin inkişafına xidmət etmək bu günümüzün amalıdır”.

Tədbirdə Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları polis polkovnik leytenantı Orxan Səfərov və leytenant İlham Rəhimov istirak ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər