1 Sentyabr 2015 12:57
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Gənclər Fondunun dəstəyi ilə “Milli Qəhrəmanlarımızın tanıtımı və təbliği: Salatın Əsgərova” layihəsinin icrasına başlayıb.

Təşkilatdan Teleqraf.com-a verilən məlumata görə, layihənin məqsədi Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın azad edilməsi istiqamətində birmənalı və qətiyyətli fəaliyyətini təbliğ etmək, yeniyetmə və gənclərimizin Salatın Əsgərova kimi yaşamağa, Vətəninə və xalqına bağlı gənclərin yetişməsinə töhfə verməkdir.

Layihə çərçivəsində Yevlax rayon orta məktəblərində tədbir keçiriləcək, şagirdlər və müəllimlər tərəfindən səslənən təklif və fikirlər də nəzərə alınmaqla, Ali Baş Komandan İlham Əliyevin Azərbaycan dövlətçiliyinin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində fəaliyyəti, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində fəaliyyət göstərmiş və qəhrəmancasına həlak olmuş Milli Qəhrəman Salatın Əsgərova barədə məlumatın yer aldığı buklet hazırlanaraq dərc olunacaq.

BƏXTİYAR


Müəllif: