4 Sentyabr 2015 11:27
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Seysmoloji Xidmət Mərkəzi jurnalistlərə müraciət edib. Qurumun mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib ki, media nümayəndələri məlumat yayarkən ehtiyatlı olmalıdır.

"Bu gün Şəki rayonu ərazisndə olan əksər rayonlarda hiss olunan zəlzələ ilə bağlı məlumatları yayarkən WWW.SEISMOLOGY.AZ rəsmi internet saytından yenilənən məlumatlara istinad edin. Hər birinizdən xahiş edirik ki, dəqiqləşdirilməmiş, qeyri-rəsmi informasiya yaymayasınız. Nəzərə almaq lazımdır ki, bu cür məlumatlar insanlar arasında yersin narahatlıq, qorxu, təşviş yaradır. Bu cür məlumatlar xəstə, qoca insanlar, hamilə qadınlar, azyaşlılara pis təsir edir. Suallarınızı Respublika Seysmoloji Xidmət Mərkəzinə, şəxsən mənə ünvanlaya bilərsiz".


Müəllif:

Oxşar xəbərlər