15 Sentyabr 2015 23:52
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qafqaz Universitetində də ənənəvi olaraq Bilik Bayramı keçirilib. Tədbirdə Universitetin müəllim -tələbə heyəti ilə yanaşı Abşeron icra hakimiyyətinin numayəndəsi və valideynlər iştirak edib.

Teleqraf.com-a Qafqaz Universitetindən verilən xəbərə görə, universitetin rektoru professor Ahmet Saniç tədbir iştirakçılarını Bilik Günü münasibətilə təbrik edən rektor qeyd edib ki, Umum milli liderimiz Heydər Əliyevin xeyir duası ilə fəaliyyətə başlayan Qafqaz Universiteti ölkəmizin nümunəvi təhsil ocaqlarından biri kimi fəaliyyətini davam etdirir. Hər il təhsil almaq üçün universitetə xaricdən onlarla tələbə üz tutur.

Türkiyə, Rusiya, Türkmənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qirğızıstan, İran, Küveyt , Koreya, Ukrayna, Peru, İndoneziya, Muammar, Yəmən, Çad, Mozambik kimi ölkələrdən gələn tələbələr universitetə rəngarənglik gətirir. İş dünyası ilə əlaqələrdən, məzunlarının 67 fərqli ölkədə əmək fəaliyyətini və təhsilini davam etdirməsindən və universitetin gələcək planlarından danışan professor Ahmet Saniç bu il TQDK –nın qəbul imtahanında iştirak edib Qafqaz Universitetini seçən tələbələr haqda da məlumat verib: “ 2015-ci ildə 2-si 700 bal olmaqla 600 –dən yuxarı bal toplayan 259 nəfər , pedaqoji ixtisaslar üzrə isə 500-dən yuxarı bal toplayan 71 nəfər Qafqaz Universitetini seçib”.

SEVİL


Müəllif: