Hazırda ölkəmizdə həkimlərin sayı 32 min 800 nəfər və ya 0, 37 faizdir. Orta tibb işçiləri isə 56 min 100 nəfər təşkil edir.
Bu barədə Dövlət Statistika Komitəsinin “Azərbaycanda səhiyyə, sosial təminat və mənzil şəraiti” adlı rəsmi statistik məcmuəsində məlumat verilib.
Statistik rəqəmlər Azərbaycanda həkimlərin sayının artdığını göstərir. Belə ki, həkimlərin sayı 2001-ci ildə 29 min nəfər, 2006-cı ildə 30 min 600 nəfər, 2012-ci ildə 31 min 400 nəfər, 2013-cü ildə 32 min 300 nəfər, 2014-ci ildə isə 32 min 400 nəfər olub. Hazırda ölkəmizdə 566 xəstəxana fəaliyyət göstərir. Bu müalicə müəssisələrində 46 min 400 çarpayı var. Rəsmi nəşrdə bildirilir ki, 2001-ci ildə xəstəxanaların sayı 735, xəstəxana çarpayılarının sayı isə 69 min 900 olub. Xəstəxana və xəstəxana çarpayılarının sayının azalması səhiyyə sahəsində islahatların və mərkəzləşdirmənin həyata keçirilməsi ilə əlaqədardır.
Naibə QURBANOVA