Cəlilabadda ana doğuş zamanı dünyasını dəyişib.
Rayonun Alar kənd sakini, 1995-ci il təvəllüdlü Hətəmova Xoşbəxt Fikrət qızı ilkin doğuş sancıları ilə Cəlilabad Mərkəzi rayon Xəstəxanasına gətirilib.
Həkimlər gənc xanımın ilk hamiləliyi olduğunu əsas gətirərək keysəriyyə yolu ilə uşağı ana bətnindən götürüblər. Qız övladı dünyaya gətirən ananın əməliyyatdan sonra halının qəfil pisləşməsi onun ölümünə səbəb olub.
Mərhumun yaxınları işdə həkim səhlənkərlaığının olduğunu bildirirlər. Qeyd ediblər ki, X.Hətəmovanı əməliyyat edən həkim onun özünə gəlməsini gözləmədn başqa əməliyyata girib.
Faktla bağlı araşdırma aparılır. (azadinform)