5 Oktyabr 2015 09:05
620
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun final görüşlərini izləmək üçün Fairmont otelinə gələn Gənclər və İdman naziri Azad Rəhimov turnirin mətbuat xidmətinə açıqlama verib.

Turnirin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Azərbaycanda şahmatın inkişaf etdiyini vurğulayıb: "Azərbaycanda şahmat ənənələri və uğurları mövcuddur. Biz onları itirmək istəməzdik. Vaxtı ilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsüylə şahmat məktəbləri inşa edilib. O zaman 70-ə yaxın məktəb tikilib. Hazırda dövlət başçısı İlham Əliyev bu işi uğurlar davam etdirir. Azərbaycanın hər regionunda şahmat məktəbləri fəaliyyət göstərir. Uşaqlar və yeniyetmələr şahmata böyük maraq göstərir. Ölkəmiz üçün şahmat üzrə mötəbər yarışlara ev sahibliyi etmək çox vacibdir. İlk olaraq uşaqların dünyanın aparıcı şahmatçılarının oyununu canlı izlədiyini vurğulamalıyam. Digər tərəfdən belə yarışlar ölkədə şahmatın inkişafına kömək edir. Gələn il ölkəmiz daha bir mötəbər yarış - şahmat olimpiadasına ev sahibliyi edəcək. Bu tarixi qərar 2012-ci ildə İstanbulda baş tutan şahmat olimpiadasında qəbul edilib. Əminəm ki, şahmat olimpiadası Dünya Kuboku kimi yüksək səviyyədə təşkil ediləcək.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun Dünya Kubokunda çıxışı zamanı böyük ajiotajın olması bizi çox sevindirir. Oyun günlərindən birində yarışa 600-ə yaxın ziyarətçi gəlib, hətta zala əlavə oturacaqların gətirilməsinə məcbur olublar. Bütün bunlar gəncliyin və ictimaiyyətin şahmata olan marağını göstərir. Fikrimcə gənclərin gələcək inkişafında şahmatın böyük rolu var. Bütün şahmatçılarımıza qarşıdakı mötəbər yarışlarda uğurlar arzulayıram".


Müəllif:

Oxşar xəbərlər