12 Oktyabr 2015 17:20
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tatarsıtanın qədim Bolqar şəhərində oktyabrın 8-10-dək Tatarıstan Müsəlmanlarının Ruhani İdarəsi, İslam elmi, mədəniyyəti və təhsilinə dəstək Fondu və Kazan Federal Universitetinin təşkilatçılığı ilə beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Bakı İslam Universitetindən Teleqraf.com-a verilən məlumata görə, konfransda MDB dövlətləri, eləcə də Türkiyə, Suriya, İraq və Misirdən olan dini və ictimai xadimlər, alimlər, həmçinin Tatarıstanın prezidenti Rustam Minnixanov, dövlət müşaviri Mintimer Şaymiyev, Misir prezidentinin dini işlər üzrə müşaviri Üsamə Seyid əl-Əzhəri, Türkiyənin RF-dəki səfirliyinin dini məsələlər üzrə müşaviri Aygün Dursun və müftilər iştirak ediblər.

Azərbaycanı bu tədbirdə Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullah və Bakı İslam Universitetinin kafedra müdiri Elvin Talışınski təmsil ediblər. Konfransın plenar iclasında çıxış edən F.Nurullah ilk öncə QMİ rəhbəri şeyxülislam Allahşükür Paşazadənin salamını və xoş arzularını müsəlmanlara çatdırıb. Çıxışında Tatarıstan-Azərbaycan münasibətlərinə toxunan F.Nurullah tarix boyu iki xalq arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin Azərbaycan və Tatarıstan rəhbərliyi tərəfindən dəstəklənməsini yüksək qiymətləndirdiyini və tatar icmasının ölkəmizdə ən qədim icma olub, ictimai həyatda fəal iştirakını xüsusilə qeyd edib. Bundan başqa hazırda gündəlik həyatda zorakılıq faktlarının, ekstremizmin, terrorun və digər qeyri-insani davranışların şahidi olduğumuzu və bütün bu amillərin ilahi qanunlarının pozulması, əsrlər boyu formalaşan mənəvi-dini dəyərlərin transformasiya olunması fonunda baş verdiyini bildirib. F.Nurullahın dediyinə görə, din xadimlərini xüsusilə narahat edən məsələlərdən biri də özlərini islam dövləti adlandıranların törətdikləri bu vandalizm aktlarının İslam dini ilə əlaqələndirilməsi cəhdidir ki, bu da islamofobiyanın yeni tendensiyalarına gətirib çıxarır: “Lakin biz zorakılığın bizim dinimizlə əlaqələndirilməsi cəhdini qətiyyətlə qəbul etmir, və nə İslamın, nə də digər bir ilahi dinin ektremizmlə heç bir əlaqəsi olmadığını qeyd edirik”.

Həmçinin çıxışında Dağlıq Qarabağ münaqişəsinə də toxunan F.Nurullah xalqımızın da terroru yaşadığını və dinc müsəlmanlara qarşı erməni vəhşiliklərinin törədildiyini, işğal olunmuş ərazilərdə çoxlu sayda dini əhəmiyyətli tarixi abidələrin qəsdən dağıdıldığını qeyd edib. O, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoqun təşkili sahəsində mühüm məkana çevrildiyini bildirib. Ölkəmizdə son dövrlərdə keçirilən bu istiqamətdə əhəmiyyətli forum və tədbirlər haqqında da qısaca məlumat verən F.Nurullah bu amillərin, eləcə də keçirilən bu konfransın dinlərarası dialoqun inkişafında böyük rol oynayacağlna əminliyini vurğulayıb.

F.Nurullahın çıxışına münasibət bildirən dövlət müşaviri Mintimer Şaymiyev Azərbaycan dövlətinin bu sahədə böyük rol oynadığını və öz üzərilərində daim Azərbaycanın dəstəyini hiss etdiklərini xüsusi vurğulayıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər