21 Oktyabr 2015 12:10
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Sabunçu Məhkəmə Kompleksinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə kompleksin görüntülərini, həmçinin müasir məhkəmə komplekslərinin binalarının layihələrini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyev Sabunçu Məhkəmə Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi.

Ədliyyə naziri Fikrət Məmmədov yeni binanın inşası və burada yaradılan yüksək şərait barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, bina Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində inşa olunub. Kompleksin ümumi sahəsi 9 min kvadratmetr olan yeddimərtəbəli binasının inşasına 2012-ci ilin oktyabrında başlanılıb. Tikinti işləri ən müasir standartlara uyğun aparılıb.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşələr yaradılıb. Kompleksdə Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi yerləşir.

Prezident İlham Əliyev binadakı məhkəmə zalları ilə tanış oldu.

Məlumat verildi ki, kompleksdə 14 məhkəmə zalı fəaliyyət göstərir. Zallarda məhkəmə prosesinin iştirakçıları üçün hər cür şərait yaradılıb. Burada vəkillər, dövlət ittihamçıları, şahidlər və icra məmurları üçün otaqlar ayrılıb. Azərbaycan Prezidentinin “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il 13 fevral tarixli Sərəncamının icrası ilə əlaqədar kompleksdə elektron məhkəmənin tətbiqi üçün bütün zəruri infrastruktur var.

Dövlətimizin başçısı Sabunçu Məhkəmə Kompleksində yaradılan şəraitdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.


Müəllif:

Oxşar xəbərlər