6 Dekabr 2015 17:14
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Günəşli" yatağında baş vermiş yanğın zamanı platformada olan neftçilər və onların ailələri ilə psixoloqlar işləyir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, həmin şəxslərlə peşəkar psixoloqlar işləyir, lazımi mənəvi-psixoloji yardım göstərilir: "Psixoloji yardım göstərilməsi üçün xüsusi briqada ayrılıb. Səhiyyə naziri Oqtay Şirəliyevin göstərişi ilə psixoloqlar hazırda yerlərdə zərərçəkənlərin ailələrı və qohumlarına psixoloji yardımın göstərilməsi ilə bağlı iş aparırlar".

Qeyd edək ki, bu gün səhiyyə naziri O.Şirəliyev Mərkəzi Neftçilər Xəstəxanasına baş çəkərək yaralıların vəziyyəti ilə maraqlanıb.


Müəllif:

Oxşar xəbərlər