10 Dekabr 2015 18:16
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Heydər Əliyev Sarayında Ümummilli Liderin büstü qarşısında anım tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdən öncə, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxış keçirilib.

Tədbirdə, Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev çıxış edərək, Ulu Öndərin müdrikliyi, cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın, dövlətimizin maraqlarını qorumasından, mədəniyyət və incəsənətimizin inkişafı istiqamətində misilsiz xidmətləri və əvəzedilməz rolundan danışıb.

F.Babayev çıxışında bildirib ki, Heydər Əliyev siyasəti bu gün uğurla davam etdirilir: "2003-2015-cü illərdə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Prezident İlham Əliyev Ulu Öndərin siyasətinə sadiq qalaraq onun siyasətini yaşadıb, zənginləşdirib və Azərbaycanı inamla irəliyə aparmışdır".

Sonda tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu və memarını dərin hörmət və ehtiramla yad ediblər. Çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkəmizin inkişaf və tərəqqisi naminə gərgin əməyindən, milli mədəniyyətimiz və incəsənətimizin hərtərəfli inkişafına, yüksəlişinə verdiyi tövfələrdən danışıblar.


Müəllif:

Oxşar xəbərlər