“Bizdə də bəzi sahələrə, fəaliyyət növlərinə lisenziyaların müddətinin uzaldılması məsələsinə baxılmalı və o, reallaşdırılmalıdır”.
Bunu millət vəkili, "Dövlət Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Lisenziyalar və içazlər haqqında" yeni qanun layihəsinin parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 17-də keçirilən iclasında müzakirəsi zamanı dilə gətirib.
C. Qurbanov çıxışı zamanı qanun layihəsin qəbulunun tərəfdarı olduğunu deyib və bildirib ki, vaxtı ilə avtomobil yolları sektorunda işləyərkən lisenziyalarla bağlı problemlərlə tez-tez üzləşməli olublar: "Avtomobil yolları əgər dövlət tərəfindən yaranırsa, onunla bağlı qurumların hansısa təşkilatdan lisenziya almasına nə ehtiyac vardı? Çox təəəssüflər olsun ki, biz bu məsələdə xeyli problemlərlə üzləşməli olurduq. Ona görə bəzi fəaliyyət növləri istisna olunmaqla, elə dediyim sahədə də lisenziyaların alınmasına ehtiyac olmamalıdır və bu məsələ müvafiq formada sözügedən sənəddə öz əksini tapmalıdlır. Bununla yanaşı, hesab edirəm ki, dövlət təhlükəsizliyi ilə bağlı olmayan bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinin müddəti məsələsinə də baxılmalıdır. Məsələn, Türkiyədə taksilərlə bağlı lisenziyalar 15 illiyinə verilir. 15 il tamam olandan sonra yenə də bu vaxt uzadılır. Bu baxımdan hesab edirəm ki, bizdə də bəzi sahələrdə fəaliyyət növlərinə lisenziyaların verilməsi müddətinin uzaldılması məsələni baxılmalı və o, reallaşdırılmalıdır".
Digər millət vəkili İlham Əliyev isə həmkarının təklifi ilə qismən razılaşmayıb. O, bildirib ki, əksinə, elə sahələr, fəaliyyət növləri var ki, orada lisenziyaların müddəti 3 il və ya 5 il nəzərdə tutulmalıdır: "Məsələn, bu yaxlınlarda bir nəfər mənə dedi ki, bizdə lisenziyanın müddəti bir aylıqdır. Bir aylıq da müddət olar? Bu, düzgün deyil. Ən azı lisenziyaların müddəti 3 il və 5 il olmalıdır. Bu, bürokratik maneələrin də aradan qaldırılmasına öz köməkliyini göstərə bilər".
Millət vəkili lisenziyaların sayının azaldılmasını təklif edib.
Nemət